BAKI, 8 yanvar - Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.
Qeyd olunub ki, tərəflər İrəvan və Bakı arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə ediblər.
Qriqoryan Ermənistanın regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyib.
Xatırladaq ki, L. Bono sonuncu dəfə Ermənistana 2023-cü ilin noyabrında səfər edib.