BAKI, 8 yanvar - Sputnik. Fransanın Baş naziri Elizabet Born istefa verib.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" səhifəsində məlumat verib.
Bornun istefa ərizəsini qəbul edən dövlət başçısı ona sədaqətinə və qətiyyətinə görə təşəkkür edib.
Elizabet Born yeni hökumət formalaşana qədər vəzifəsini icra etməyə davam edəcək.
Born 2022-ci ilin mayından Fransa Nazirlər Kabinetinə rəhbərlik edib.