"Xəstəliyin hamiləliyə təsiri yoluxma müddətindən asılı olaraq dəyişir. İlk trimestrdə inkişafdan qalmış hamiləliyə, özbaşına düşüklərə səbəb olur. Əgər hamiləlik dövründə xəstəlik inkişaf edirsə, bu zaman uşaqda mərkəzi sinir sisteminin zədələnmələri, mayalanma dövrünə təsadüf etdiyi təqdirdə isə xromosom anomaliyalarının yaranmasına gətirib çıxara bilər. İkinci trimestrdə isə vaxtından əvvəl doğuş ilə nəticələnə bilər. Bəzən tam sağlam uşaqlar da doğula bilər. Qızılca zamanı ağciyər pnevmoniyasının inkişafı riski hamilələrdə yüksək olur".
"Bu peyvənd ölkəmizdə uşaqlara 1 yaşında və 6 yaşında yeridilir. Həmçinin, qızılca peyvəndi məxmərək peyvəndi ilə birgə yeridildiyi üçün hər iki xəstəlikdən qoruyur. Peyvəndlənmiş şəxslər xəstə insanla təmasda olsalar belə, ya xəstəliyə yoluxmurlar, ya da çox yüngül keçirirlər. Xüsusən də qızılcaya qarşı vaxtında peyvənd edilən uşaqlarda xəstəliyin ağırlaşmaları müşahidə edilmir".