AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident üç ölkənin səfirinin etimadnaməsini qəbul edib

Həmçinin dövlət başçısı bu gün Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
1 / 2

Perunun ölkəmizdə yeni təyin olunmuş səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib.

2 / 2

Prezident İlham Əliyev Lüksemburqun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib.

Həmçinin dövlət başçısı bu gün Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib.
İlham Əliyev Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın də etimadnaməsini qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib