BAKI, 7 yanvar — Sputnik. İsrail Baş naziri Benyamin Netanyahu Hizbullah qruplaşmasına xəbərdarlıq edib. O, bu barədə hökumətin iclasında danışıb.
Baş nazir söyləyib ki, Hizbullah HƏMAS-ın başına gələn dərsdən nümunə götürməlidir:
“Heç bir terorrçu təhlükəsiz deyil. Biz vətəndaşlarımızı qorumaq əzmindəyik. Bu, bizim məqsədimizdir”.
O bildirib ki, İsrail Hizbullahla münaqişəni siyasi yolla həll etməyə də hazırdır:
“Lakin adekvat cavab verilməsə, başqa variantlardan istifadə edəcəyik”.
Qeyd edək ki, İsrail dünən Hizbullahın obyektlərini atəşə tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.