İQTİSADİYYAT

Hava limanı ilə bayram günlərində 160 min sərnişin daşınıb

AZAL bəyan edib ki, fasiləsiz iş rejimi təmin edilib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Heydər Əliyev Beynəlxalq Aeroportunda son 10 gün ərzində 160 minə yaxın sərnişinə xidmət göstərilib ki, da ötən ilin müvafiq dövrünün nəticələrindən 34,7 % çoxdur. 2022-2023 illərin analoji dövründə bu rəqəm 118 min sərnişin təşkil edib.
Sputnik Azərbaycan-ın Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinə istinadən xəbərinə görə, 29 dekabr 2023-cü il - 7 yanvar 2024-cü il tarixləri arasında hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq, fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.
Bu müddət ərzində ən sıx gün 30 dekabr 2023-cü il olub. Həmin gün Bakı hava limanında 21 596 sərnişinə xidmət göstərilib, aviaşirkətlər tərəfindən isə 167 reys həyata keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan bayram günlərində ümumilikdə 35 aviaşirkət 72 istiqamətə uçuşlar yerinə yetirib. Ən populyar istiqamətlər İstanbul, Naxçıvan, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Şarja, Ankara, Sankt-PeterburqDoha olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.