RUSİYA

Bütün Qərbin Moskvanın təhdidinə məruz qalacağına inanmırlar - Ekspert

ABŞ prezidenti Co Bayden və bir çox Avropa liderləri belə sülh razılaşmasından başqa və mümkün qədər tez heç nə istəmirlər.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Bir sıra Qərb liderləri Rusiyanın Ukrayna münaqişəsində uğur qazanacağı təqdirdə ölkələrinin təhlükə altında olacağına inanmırlar, əks təqdirdə onlar Rusiya üzərində “qələbə” üçün çoxdan bütün imkanlardan istifadə edib, Kiyevi silahla təmin edərdilər. Bunu istefada olan britaniyalı polkovnik Riçard Kemp Teleqraf qəzetinə şərhində bildirib.

“Qərbə ukraynalıların təkcə öz ölkələri üçün deyil, bütün Avropa üçün mübarizə apardığını söyləmək kifayət deyil. Rusiya prezidenti Vladimir bu müharibədə uğur qazanacağı təqdirdə bütün Qərbin Moskvanın təhdidinə məruz qalacağına ABŞ prezidentinin və Qərbi Avropa liderlərinin həqiqətən inandığına dair heç bir işarə yoxdur. Əgər inansa idilər, Putini saxlamaq, Rusiyanı məğlub etmək və Ukraynanı böyük miqdarda silahla təmin etmək üçün çoxdan bütün imkanları işə salardılar”, - Kemp deyib.

Onun fikrincə, Vladimir Zelenski hazırda 2022-ci ilin fevralından bəri çox böyük problemlərlə üzləşir.
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ekspertin sözlərinə görə, bəzi siyasi liderlər Ukraynanın ərazilərini “geri almağa” cəhd etməyəcəyinə dair zəmanət müqabilində Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünü qəbul edəcəyi sülh sazişi ideyasını müzakirə edib.
Müəllif hesab edir ki, ABŞ prezidenti Co Bayden və bir çox Avropa liderləri belə sülh razılaşmasından başqa və mümkün qədər tez heç nə istəmirlər.
Kemp əlavə edir ki, sülh danışıqlarının istənilən şəkildə nəzərdən keçirilməsi Ukraynanın məğlubiyyətinə böyük zəmanət verir.
Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə odla oynayır. Kreml vurğulayıb ki, Ukraynanı Qərbdən gələn silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə, təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Putin XHƏ-nin məqsədini səkkiz il ərzində Kiyev rejimi tərəfindən soyqırıma məruz qalan insanların müdafiəsi adlandırıb. O qeyd edib ki, xüsusi hərbi əməliyyat məcburi tədbirdir:

"Rusiyanın “başqa cür hərəkət etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə formalaşıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi”.

Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib. Bu arada, Moskvanın etirazlarına baxmayaraq, NATO durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.