BAKI, 7 yanvar — Sputnik. Ötən ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 9787 yeni müəssisə və təşkilat, 17 370 isə fərdi sahibkarlıq subyektləri yaradılıb.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında Bakıda 48 989 yeni iş yeri yaradılıb.
Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssiə və təşkilatların sayı 2.2%, fərdi sahibkarların sayı 13.2% azalıb, yeni iş yerlərinin sayı isə 17.2% artıb.
Xatırladaq ki, ötən ilin doqquz ayı ərzində Bakıda yeni yaradılmış iş yerlərinin 46 447-si mövcud müəssisə və təşkilatlarda, 2 472- si isə yeni müəssisə və təşkilatlarda yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.