HADİSƏ

Bakı həbsxanasında ölüm hadisəsi

Məhkumun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sputnik Azərbaycan-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Fikrət Tanrıverdi oğlu Həbibov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Xatırladaq ki, ötən ilin son ayında Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zamiq Əmiraslan oğlu Şəmmədov dünyasını dəyişib. Bundan əvvəl isə orada cəza çəkən məhkum Aslanov Cabir Nadir oğlu dünyasını dəyişmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.