HADİSƏ

Lənkəranda yol qəzası zamanı üç nəfər xəsarət alıb

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 6 yanvar - Sputnik. Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında Ələt-Astara magistralında qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Ford"la toqquşub.
Qəza nəticəsində Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.