BAKI, 5 yanvar - Sputnik. Gündə beşdən çox mandarin yeməməlisiniz, çünki əks halda allergiyanın yaranmasına səbəb ola bilər. Həmçinin mədə-bağırsaq və şəkər xəstəliyi olan insanlar sitrus meyvələrinə də diqqətlə yanaşmalıdırlar.
Bu barədə regional klinik xəstəxananın mütəxəssisləri “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat veriblər.
Həkimlərin fikrincə, mandarinlər şiş əleyhinə, stress əleyhinə təsir göstərir və hətta qocalmanı yavaşlata bilir. Onlar həmçinin hüceyrələri sərbəst radikalların - kimyəvi reaksiyalara asanlıqla daxil olan yüksək aktiv molekulların zərərindən qoruya bilirlər. Mədə-bağırsaq xəstəliyi olan insanlar mandarini acqarına yeməməli, şəkərli diabet xəstələr isə bu meyvənin tərkibində şəkər olduğundan diqqətli olmalıdırlar. Bundan əlavə, sitrus meyvələrinin çox yeyilməsi allergik reaksiyaya səbəb ola bilər, buna görə də az sayda yemək məsləhətdir.
“Gün ərzində bu kimi iki böyük meyvə əsas rasiona yaxşı əlavədir. Buna görə də, sitrus mövsümündə dörd və ya beş mandarin yemək faydalı olacaq. Qabığı parlaq olan ləkəsiz meyvəni seçin. Mandarinləri ilıq su və sabunla yumağı unutmayın”, - deyə həkimlər yazırlar.