RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Avropalılar Ukrayna uğrunda ölməyə hazır deyillər

Qış başlayandan Qərbdən Ukraynaya dəstək zəifləyib. Bu, avropalıların birbaşa hərbi münaqişəyə girmək istəməməsi ilə izah olunur.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Avropalılar Ukrayna uğrunda canlarını fəda etməyə hazır deyillər.
Bunu Fransanın aviasiya korpusu generalı Bruno Klermon “Valeurs Actuelles” jurnalına müsahibəsində deyib.
“Amerikalılar heç vaxt Ukrayna üçün “qələbə” istəməyiblər. Avropalıların zəifliyi isə onların bəyanatlarının döyüşkənliyi ilə tərs mütənasibdir”, - deyə Klermont bəyan edib. O qeyd edib ki, qış başlayandan Qərbdən dəstək zəifləyib. Generalın sözlərinə görə, bu, avropalıların birbaşa hərbi münaqişəyə girmək istəməməsi ilə izah olunur.
“Heç bir avropalı Ukrayna üçün ölməyə hazırlaşmır”, - deyə ekspert bildirib.
O, həmçinin Polşadan fərqli olaraq Aİ ölkələrinin iqtisadiyyatlarını hərbi modelə dəyişmədiklərinə də diqqət çəkib. Eyni zamanda, general Rusiyanın silah baxımından əhəmiyyətli hərbi üstünlüyünü vurğulayıb.
Bundan əvvəl Almaniya Silahlı Qüvvələrinin istefada olan general-leytenantı Roland Kater 2024-cü ilin Rusiya-Ukrayna münaqişəsində əsas dövr olacağını bildirmişdi. O qeyd edib ki, 2024-cü ildə Ukraynanın hərbi əməliyyatların gedişatını döndərə biləcəyi və strateji təşəbbüsü ələ keçirə biləcəyi bəlli olacaq.