BAKI, 6 yanvar — Sputnik. Ukraynadakı texnika itkiləri Qərb hərbi-sənaye kompleksinin reputasiyasına ağır zərbə vurub.
“Militatary Watch Magazine” jurnalı bu barədə yazıb.
Jurnalistlər “2023-cü ilin ən yaxşı 10 hərbi hadisəsi”nə onilliklər ərzində öz xüsusiyyətlərinə görə dünyada lider kimi təqdim edilən Qərb zirehli texnikalarının böyük miqyaslı itkilərini daxil ediblər.
Məqalədə deyildiyi kimi, Ukrayna münaqişəsinin nəticələri Qərbin hərbi-sənaye kompleksinin reputasiyasına və onun imkanlarına xələl gətirə bilər.
Daha əvvəl bildirilirdi ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu səbəbindən Ukrayna sakinləri, tədricən Prezident Vladimir Zelenskiyə inamlarını itirirlər.