RUSİYA

Rusiya ərzaq istehsalı normasını artıqlaması ilə yerinə yetirib

Rusiya 2023-cü ildə bəzi məhsul növləri üzrə istehsal normasını iki dəfə artırıb.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Rusiya 2023-cü ildə bəzi məhsul növləri üzrə istehsal normasını iki dəfə artırıb.
Bu barədə "Rusprodsoyuz" Assosiasiyasının (ərzaq istehsalçıları və tədarükçüləri birliyi) İdarə Heyətinin sədr müavini Dmitri Leonov “Pravda.Ru” ilə söhbətində bildirib.
Ekspert izah edib ki, ölkədə ərzaq təhlükəsizliyi doktrinası var ki, orada ildə müəyyən növ məhsullar üzrə istehsal standartları müəyyən edilir. Belə ki, onun sözlərinə görə, plana üzrə, Rusiya Federasiyası taxılın 95%-ni istehsal etməli idisə, bu il istehsalın faizi 177-yə yüksəlib.
Bundan əlavə, bitki yağı istehsalı norması artıqlaması ilə yerinə yetirilib: göstərilən 90 faiz əvəzinə 211 faiz istehsal etmək mümkün olub.
“Bitki yağı: doktrina - 90%, fakt - 211%. Biz istehlak etdiyimizdən iki dəfə çox yağ hasil edirik. İstehlak etdiyimiz qədər isə ixrac üçün satırıq”.
Leonov qeyd edib ki, Rusiya Federasiyası, həmçinin şəkər, ət və balıq istehsalı üzrə planları da artıqlaması ilə yerinə yetirib. Belə ki, göstərilən 90 faiz əvəzinə şəkər 103 faiz, ət 85 faiz əvəzinə 101 faiz, balıq 85 faiz əvəzinə 153 faiz istehsal olunub.
“Biz ərzaq istehsalı üzrə normanı yerinə yetirmişik, bəzi məhsul növləri üzrə isə bu göstərici, hətta iki dəfə də artıqlaması ilə edilib”, - deyə ekspert sözünü yekunlaşdırıb.
Əvvəllər “Rusprodsoyuz” yumurta qiymətində ucuzlaşmanın nə vaxt gözlənəcəyi barədə məlumat vermişdi.