DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya almazlarına qarşı sanksiyalar Qərb iqtisadiyyatlarını məhv edir

“Qalx, Fransa” siyasi hərəkatının lideri Nikolya Düpon-Enyan bildirib ki, anti-Rusiya sanksiyaları Qərb iqtisadiyyatlarına mənfi təsir göstərir.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Anti-Rusiya sanksiyaları Qərb iqtisadiyyatlarına mənfi təsir göstərir.
Bu barədə Fransanın “Qalx, Fransa” siyasi hərəkatının lideri Nikolya Düpon-Enyan X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Beləliklə, siyasətçi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini, o cümlədən Rusiya Federasiyasında hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına məhdudiyyətləri şərh edib.
“İnkar və çılğınlıq arasında Aİ və G7 bu dəfə Rusiya almazlarına qarşı sanksiyaların on ikinci raunduna qərar verdi. Biz sonsuz münaqişəni maliyyələşdirmək üçün iqtisadiyyatlarımızı məhv edirik” - o, vurğulayıb.
Bundan əvvəl Rusiyanın maliyyə naziri Anton Siluanov bəzi Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara baxmayaraq, rus almazlarının ixracının davam edəcəyini bildirib. O qeyd edib ki, bu cür məhdudiyyətlər təkcə Rusiyaya deyil, həm də onların təşəbbüskarlarına da təsir edir.