BAKI, 5 yanvar — Sputnik. Amerikanın Kiyevə yeni yardım paketi ABŞ-ın “son Ukraynaya qədər döyüşmək” konsepsiyasına sadiq qaldığını bir daha nümayiş etdirir, lakin hazırda bu, “nə qədər ki, pul kifayət edir” şərti ilə həyata keçirilir.
Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Bundan əvvəl Amerikanın dövlət katibi Entoni Blinken ABŞ-ın Ukraynaya 250 milyon dollar məbləğində hərbi yardım etdiyini açıqlamışdı.
"Vaşinqton Kiyevə qanlı Yeni il hədiyyəsi göndərir. O, bir daha "son ukraynalıya qədər" müharibə konsepsiyasına sadiqliyini nümayiş etdirir. Doğrudur, kiçik bir əlavə ilə - "nə qədər ki, pul kifayət edir", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Vaşinqton Rusiyanı döyüş meydanında məğlub etmək üçün “səylərin mənasızlığını başa düşür”. Buna baxmayaraq, ABŞ minlərlə adi ukraynalını qəti ölümə məhkum etməklə “marionet kukla” rejimini uçuruma doğru itələyir.
"Sonsuz" yardım paketləri ilə Birləşmiş Ştatlar onların himayəsində olanların taleyinə biganə qaldığını təsdiqləyir", - deyə Antonov əlavə edib.
"Yeni silah təchizatı vəziyyəti dəyişmək iqtidarında deyil. Ukrayna Silahlı Qüvvələrinin Qərb silahlarından istifadə etdiyi bir dənə də olsun terror aktı qəti cavabsız qalmayacaq. NATO-nun bütün texnikası yandırılacaq və döyüş sursatları məhv ediləcək. ABŞ-ın Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün illüziya layihələrindən əl çəkməsinin vaxtı çatıb”, – deyə səfir vurğulayıb.