CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanvarın 4-də hansı əlamətdar hadisələr baş verib

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
Sputnik
BAKI, 4 yanvar — Sputnik. Yanvarın 4-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 4-də kimlər anadan olub?
İsaak Nyuton (1642-1727) - ingilis fiziki, riyaziyyatçısı və astronomudur. O, klassik fizikanın və riyazi analizin yaradıcılarından biridir.
Zurab Tsereteli (1934) - rus rəssamı, heykəltəraş, dizayner, müəllim, professor. 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının prezidenti.
Till Lindemann (1963) - Alman müğənnisi, söz yazarı və Rammstein, Lindemann və Na Chui metal qruplarının solisti, şair.
Aleksandr Fadeyev (1964) - Rusiyalı təklər üzrə fiqurlu konkisürən, 1985-ci il dünya çempionu, dördqat Avropa çempionu (1984, 1987, 1988, 1989), altıqat SSRİ çempionu. SSRİ-nin əməkdar idman ustası.
Culia Ormond (1965) - Fransız əsilli Britaniya aktrisası, Emmi mükafatı laureatı.
Zurab Tsereteli, arxiv
Yanvarın 4-də dünyada baş verən tarixi hadisələr
1905-ci ildə Cenevrədə "İrəli" bolşevik qəzetinin həftəlik ilk nömrəsi nəşr olunub.
1985-ci ildə Londonun klinikalarından birində tam surroqat analıq proqramı üzrə ilə ilk uşaq dünyaya gəlib. Kotton adlı xanım doğulan qız uşağının surroqat anası olub.
2010-cu ildə Dubayda dünyanın ən hündür binası olan "Bürc Xəlifə"nin açılışı baş tutub.
2003-cü ildə "Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında" prezidentin sərəncamı verilib.
2016-cı ildə Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələri kəsib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.