DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın ali rəhbəri ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyi əmr edib

Ali rəhbər bir müddət əvvəl hadisə ilə bağlı sərt cavab veriləcəyini vurğulamışdı.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Kirmanda törədilən bombalı hücumla əlaqədar çağırış edib.
Bu barədə “Report” xəbər verir.
Məlumata görə, o, ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyi, İsrailə qarşı cavab əməliyyatlarını və iranyönümlü “proksi qrupların” ABŞ bazalarına hücumu məhdudlaşdırmağı əmr edib.
Bildirilib ki, ali rəhbər bir müddət əvvəl hadisə ilə bağlı sərt cavab veriləcəyini vurğulamışdı.
Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.