CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfəri saxlayıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.