PAYTAXT XƏBƏRLƏRİ

Bakıda evdən 20 min manatlıq oğurluq olub

Cinayətlə bağlı Ağstafa rayon sakini Şəadət Həsənov saxlanılıb.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Xətai rayonu ərazisində mənzillərin birindən 14 000 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb