BAKI, 3 yanvar - Sputnik. Rusiya Silahlı Qüvvələri (RS) üçün silah-sursat istehsalı xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri 17,5 dəfə artıb.
Bu barədə RİA Novosti Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2023-cü ilin yekunlarına əsasən nəşr olunan toplusuna istinadən xəbər verib.
Nazirliyin materiallarına görə, 2022-ci ilin fevral ayından artilleriya silah-sursatlarının istehsalı 17,5 dəfə artıb.
Bundan əlavə, xüsusi hərbi əməliyyat başlayandan bəri tankların istehsalı 5,6 dəfə, piyadaların döyüş maşınların (PDM) 3,6 dəfə, zirehli transportyorların (ZTR) 3,5 dəfə, pilotsuz təyyarələrin istehsalı isə 16,5 dəfə artıb.
Nazirlik bu yaxınlarda bildirilib ki, Rusiya qoşunları Ukraynanın hərbi-sənaye kompleksinin raket və pilotsuz təyyarələrin istehsalı, eləcə də hərbi texnikanın təmiri üzrə sifarişləri yerinə yetirən müəssisələrinə zərbə endiriblər. Zərbələr həmçinin raket, silah-sursat və aviasiya silahlarının anbarlarına da endirilib.