RUSİYA

Rusiyasız dünya problemlərini həll etmək mümkün deyil - Tokayev

Qazaxıstan lideri qeyd edib ki, o, Rusiya prezidenti Vladimir Putini həm sözdə, həm də əməldə qlobal iqlimə təsir edən şəxs hesab edir.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. Rusiya elə bir ölkədir ki, onsuz dünyanın heç bir problemini həll etmək mümkün deyil. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Egemen Qazaqstan” (“Suveren Qazaxıstan”) nəşrinə müsahibəsində deyib.
O, qeyd edib ki, Moskva dünya siyasətində çox mühüm rol oynayır və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

“Sirr deyil ki, bütün dünya Rusiyanın mövqeyini nəzərə alır. Dünyada heç bir problem bu dövlətin iştirakı olmadan həll edilə bilməz. Bu, aydan baxanda da aydın görünür”, – prezident bildirib.

Tokayev əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putini həm sözdə, həm də əməldə qlobal iqlimə təsir edən şəxs hesab edir.
2023-cü ilin noyabrında Tokayev Rusiya ilə münasibətlərin sarsılmaz qalacağına və siyasi opportunizmə məruz qalmayacağına əminliyini ifadə edib. Qazaxıstan lideri Astananın Moskva ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu da təsdiqləyib və Qazaxıstanla Rusiya arasında münasibətlərdə heç bir fundamental problemin olmadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.