RUSİYA

Putin İranda baş verən partlayışı qəddar terror aktı adlandırıb

İranın Kirman şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa aparan yolda partlayışlar baş verib.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. Rusiya prezidenti Vladimir Putin terrorizmin bütün formalarını pisləyib və Kirmandakı terror aktı ilə bağlı İran rəhbərliyinə başsağlığı verib. TASS-ın Kremlin saytına istinadən verdiyi xəbərə görə, Rusiya dövlət başçısı İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamneyiyə və İran Prezidenti İbrahim Rəisiyə məktub göndərərək, “Kirman şəhərindəki terror aktının faciəvi nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığı verib”.

“Qəbiristanlığı ziyarət edən mülki şəxslərin qətli qəddarlığı və kinsizliyi ilə şok edicidir”, - deyə Putin vurğulayıb.

“Biz terrorizmi bütün forma və təzahürlərində qətiyyətlə pisləyirik və bu şərlə barışmaz mübarizəyə sadiqliyimizi bir daha təsdiqləyirik”, - deyə Rusiya lideri bildirib.
İranın Kirman şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elit bölmələri) general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa aparan yolda baş verən partlayış nəticəsində 103 nəfərə çatıb.
İranın Tasnim agentliyinin verdiyi məlumata görə, partlayışlar uzaqdan həyata keçirilib: iki partlayıcı çanta Kirman şəhərində qəbiristanlığın girişinin yaxınlığında olub.
2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanı ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində iranlı general, SEPAH xüsusi təyinatlı qüvvələrinin komandanı Qasim Süleymani və İraq şiə milislərinin rəis müavini Əbu Mehdi əl-Mühəndis öldürülüb.
Vaşinqtonda onların 2019-cu il dekabrın 31-də Bağdaddakı Amerika səfirliyinə hücumun təşkilində əli olduğu hesab edilir.
Buna cavab olaraq İran İraqdakı ABŞ bazalarına, o cümlədən Ayn Əsədə zərbələr endirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.