RUSİYA

Dünya Bankı Rusiyaya ən çox borcu olan dövlətlərin adlarını açıqlayıb

Xarici dövlətlərin və onların rezidentlərinin Rusiyaya borcu 28,9 milyard dollar təşkil edir. Ötən il bu məbləğ 2,3 milyard dollar artıb.
Sputnik
BAKI, 2 yanvar - Sputnik. Rusiyaya ən çox dövlət borcu olan ölkə Belarusdur.
Bu barədə Dünya Bankı məlumat yayıb.
"2022-ci ildə Rusiyanın digər ölkələrə verdiyi kreditlərin həcmi 28,86 milyard dollar təşkil edib ki, bu da borcun 32,8 milyard dollar olduğu 1999-cu ildən bu yana rekord həddə çatıb" - Dünya Bankının (DB) 2023-cü ilin dekabrında dərc etdiyi məlumatda deyilir.
Qeyd olununr ki, 2022-ci ilin sonuna 37 ölkənin Rusiyaya borcu olub. Belarus əsas borclu olaraq qalır, lakin 2022-ci ilin sonunda onun Rusiya Federasiyasına olan borcları 3% azalaraq 8,2 milyard dollar təşkil edib.
İkinci yerdə borcu üçdə bir artaraq 5,9 milyard dollara çatan Banqladeş, üçüncü yerdə borcu 12,5% artaraq 3,8 milyard dollar olan Hindistan qərarlaşıb.
Misir Rusiyaya ən çox borcu olan ölkələr siyahısında dördüncü yerdədir. 2022-ci ildə borc 1,8 milyard dollar həcmində ölçülüb ki, bu da bir il əvvəlkindən 1,9 dəfə çoxdur.
Vyetnam Rusiyaya borclular sıralamasında beşinci yeri tutub (2021-ci ildəki 1,5 milyard dollara qarşı 1,4 milyard dollar).
Türkiyə Rusiya Federasiyasına borcun artım tempinə görə lider olub - 2022-ci ildə borcu 2,1 dəfə artıb. Amma mütləq ifadədə borcun məbləği cüzi (50 milyon dollar) olub.
Dövlət Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədr müavini Artem Kiryanov 2022-ci ildə artımı qeyd olunan digər ölkələrin Rusiyaya borcunun ümumi məbləğinin Rusiya büdcəsi üçün əhəmiyyətsiz olduğunu bildirib. Onun fikrincə, bu halda söhbət “Rusiyanın beynəlxalq münasibətlərinə kifayət qədər real maliyyə və siyasi yanaşmadan” gedir.