RUSİYA

ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsi Rusiyanı maraqlandırmır

Lavrovun fikrincə, Amerika siyasi elitası, partiya mənsubiyyətindən asılı olmayaraq, Rusiyaya düşmən və ekzistensial təhlükə kimi baxır.
Sputnik
BAKI, 31 dekabr - Sputnik. “ABŞ-da keçirilən prezident seçkilərində kimin qalib gəlməsi Rusiyanı ümumiyyətlə maraqlandırmır”.
Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Amerika siyasi elitası, partiya mənsubiyyətindən asılı olmayaraq, Rusiyaya düşmən və ekzistensial təhlükə kimi baxır”, - Rusiya XİN rəhbəri bildirib.
O, “Respublikaçı namizəd”in qalib gələcəyi təqdirdə münasibətlərin yaxşılaşacağına ümid etməyin sadəlövhlük olduğunu vurğulayıb.
Xatırladaq ki, 2024-cü ildə həm ABŞ-da, həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək.