RUSİYA

Putin gələn il Əliyevlə cari ikitərəfli və regional məsələlər üzrə səmərəli işə ümid edir

Rusiya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib.
Sputnik
BAKI, 30 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə teleqram vurub. İnterfax xəbər verir ki, Rusiya lideri Azərbaycan prezidentini qarşıdan gələn yeni, 2024-cü il münasibətilə təbrik edib.

“Son bir ildə Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri çox uğurla inkişaf edib və liderlərin mütəmadi görüşləri müxtəlif sahələrdə qarşılıqlı faydalı razılaşmaların əldə olunmasına töhfə verib”, - deyə təbrik mətnində qeyd olunub.

“Həm ikitərəfli gündəliyin aktual məsələləri üzrə, həm də Cənubi Qafqazda və Xəzər regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə səmərəli birgə işin davam etdiriləcəyinə ümid ifadə olunub”, - deyə Kremlin mətbuat xidmətinin təbrik barədə məlumatında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.