BAKI, 30 dekabr-Sputnik. Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb. Milli Məclis 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Belə bir təkliflə spiker Sahibə Qafarova çıxış edib.
Daha sonra spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlament yanvar ayının 1-dən 15-dək tətildə olacaq.
Qeyd edək ki, parlamentin 2024-cü il üzrə yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.