CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu sahələr bayram günlərində gücləndirilmiş rejimə keçəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.