PAYTAXT XƏBƏRLƏRİ

Bayram günü marşrutların iş qrafiki dəyişəcək

Sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələrini və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə 31 dekabr 2023-cü il tarixində marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xəbər yayıb.
Agentliyin məlumatına görə, sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.