CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür - Hikmət Hacıyev

Hikmət Hacıyev deyib ki, Fransanın hərəkətlərində müşahidə edilən Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib.

"Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var", - H.Hacıyev vurğulayıb.

Hikmət Hacıyev deyib ki, Fransanın hərəkətlərində müşahidə edilən Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir.
Prezidentin köməkçisinin sözlərinə görə, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir.
"Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər", - H.Hacıyev vurğulayıb.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan XİN-də ilin yekununa dair hesabat brifinqində demişdi ki, Azərbaycan və Fransa arasında münasibətlər özünün ən aşağı səviyyəsindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.