BAKI, 30 dekabr — Sputnik. ABŞ administrasiyası Avropa ölkələrinin razılığı olmadan Rusiya Federasiyasının dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə edə bilməyəcək. Bəziləri, o cümlədən Almaniya bu təşəbbüsü şübhə altına alır.
Bunu şərhçi Coş Roqin "The Washington Post" üçün yazdığı məqaləsində bildirib.
Nəşrdə qeyd edildiyi kimi, Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsi Belçika və İsveçrədə yerləşir. Bu vəsaitlərin yalnız, təxminən 2%-i ABŞ-da saxlanılır. Avropa liderləri, Roqinin qeyd etdiyi kimi, belə bir addımın beynəlxalq hüquq baxımından haqlı olacağına şübhə edirlər. Bu, həm də avroya inamı sarsıda bilər.
"Avropanın dəstəyi olmadan bu plan işləməyəcək. Bu doğrudur" – nəşrin müəllifi Ağ Evdəki adı açıqlanmayan mənbəyə istinadən qeyd edib.
Şərhçi, həmçinin qeyd edib ki, Ukrayna Rusiya aktivlərini almadan "həyat qabiliyyətli ölkə kimi yaşamaq" mövcud olmaq şansını tamamilə itirə bilər.
"Bloomberg" daha əvvəl bildirmişdi ki, Ukraynanın baş naziri Denis Şmıqal ölkənin büdcəsi ilə bağlı "son dərəcə yüksək qeyri-müəyyənlik" səbəbindən Kiyevdə donorlarla təcili görüş tələb edib.