DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu il dünyada əhalinin sayı artıb, bəs gələn necə olacaq?

2024-cü ilin əvvəlinə dünyada hər saniyədə 4,3 doğum və iki ölüm halı gözlənilir.
Sputnik
BAKI, 29 dekabr - Sputnik. ABŞ Siyahıyaalma Bürosunun proqnozuna görə, yeni il günü dünya əhalisinin sayı səkkiz milyard nəfəri ötəcək.
Qurumun məlumatına əsasən, bu il dünyada əhalinin sayı 75 milyon nəfər artıb. 2023-cü ildə dünya əhalisinin artım tempi bir faizdən az olub. Həmçinin ABŞ əhalisi 1,7 milyon nəfər çoxalıb və yeni il günü orada əhalinin təxminən 336 milyon nəfərə çatacağı proqnozlaşdırılır.
2024-cü ilin əvvəlinə dünyada hər saniyədə 4,3 doğum və iki ölüm halı gözlənilir.