İQTİSADİYYAT

Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq

İnformasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar 2024-cü il 1 mart tarixindən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə 2024-cü il 1 iyul tarixindən təqdim edilməlidir.
Sputnik
BAKI, 29 dekabr - Sputnik. Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq.
Mərkəzi Bank (AMB) bununla bağlı “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib.
Qərara əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar 2024-cü il 1 mart tarixindən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə 2024-cü il 1 iyul tarixindən təqdim edilməlidir (APA).