NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,64 dollar və ya 1,94% azalaraq 82,87 ABŞ dolları olub.
Sputnik
BAKI, 29 dekabr - Sputnik. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
APA xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,64 dollar və ya 1,94% azalaraq 82,87 ABŞ dolları olub.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.