RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynanın muzdlulara ödəniş etməyə pulu yoxdur

ABŞ və müttəfiqlərinin maliyyə yardımının azalması səbəbindən Kiyevin muzdlular üçün vəsaiti tükənir.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Muzdlu əsgərlər ödəniş olmaması səbəbindən Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etməkdən imtina edirlər. Serbiyanın "Politika" nəşri bu barədə yazıb.
ABŞ və müttəfiqlərinin maliyyə yardımının azalması səbəbindən Kiyevin muzdlular üçün vəsaiti tükənir.

"Xarici muzdluların çoxu evlərinə geri dönüblər. Səbəb çoxlarının ödəniş almamasıdır. Qərbin yardımı dayandırması ilə bağlı izahat isə onların çoxunu qane etməyib", - məqalədə belə yazılıb.

Qəzetin yazdığına görə, dekabrda Kanada, Fransa, Avstraliya və Hollandiyadan olan muzdlular hərbi əməliyyatlarda iştirakdan imtina ediblər.
Nəşr vurğulayıb ki, adi döyüşçülərdən fərqli olaraq, muzdlular döyüşlərdə iştiraka görə nəticələrlə üzləşirlər. Belə ki, əgər cinayətlərdə günahı olmayan əsir əsgər mühakimə oluna bilmirsə, əsir düşən muzdlu hərbçi cinayət işi və həbsxana ilə üzləşir.
Bundan əvvəl kanadalı muzdluların münaqişədə Ukraynanın məğlubiyyətini etiraf etdiyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.