BAKI, 28 dekabr — Sputnik. İmarət kompleksinin tədqiqi zamanı qazıntılar nəticəsində 213 qəbir müəyyən edilib və onların əksəriyyəti torpaq qəbirlərdir.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun (AEAİ) direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev jurnalistlərə açıqlamasında deyib.
Alim bildirib ki, aparılan tədqiqatların nəticələrinə görə 20-ci əsrin 30-70-ci illərinə aid olan qəbirlərə ermənilər müdaxilə edib, qəbirlərin sinə daşlarını tikinti materialı kimi istifadə ediblər.
O, həmçinin bildirib ki, türbələrdə dəfn olunan xan ailəsinin üzvlərinə məxsus qəbirlər açılıb və onların qohumluq əlaqələrini sübuta yetirən faktları bir yerə toplamaq üçün müəyyən olunmuş 213 qəbirin 22-dən DNK nümunələri götürülüb:
Fərhad Quliyev deyib ki, türbələrdə 17 qəbir qeydə alınıb ki, onların da hamısı sərdabə tiplidir:
"Xan ailəsinə məxsus üzvlər adi torpaq qəbirlərdə dəfn edilmirdi. Bu türbələrdə aşkar olunmuş sərdabələr də qəbirlərin xan ailə üzvlərinə aid olduğunu göstərir. Türbənin ətrafında daha yeni 8 qəbir qeydə aldıq ki, bu qəbirlər də ehtimallarımıza görə təbii proseslər nəticəsində itiblər. Həmin 8 qəbir qırmızı kərpiclə hörülüb və onları da xan ailə üzvlərinə aid edirik".
Fərhad Quliyev deyib ki, tədqiqatların ikinci mərhələsində İmarət kompleksinə aid olan ən erkən qəbirlər aşkarlanıb:
"Bu qəbirlər 17-18-ci əsrə aid olanlardır. Burada eyni zamanda, sonrakı dövrə də aid qəbirlər var. Tədqiqatlarımız zamanı həmin qəbirlərin işğal dövründə dağıdıldığı qeydə alınıb".
Fərhad Quliyev deyib ki, tarixi qəbiristanlıq bərpa ediləcək və bərpaetmə işlərindən sonra orada muzey olacaq:
O deyib ki, qəbiristanlığın maraqlı xüsusiyyətlərindən biri də başdaşlarıdır ki, onlar Qarabağ əhalisinin dini inanclarına uyğun olaraq Allaha ibadət formasında hazırlanıb:
"Onlar dağıdılıb, məhv edilib. Biz onları bir yerə toplayaraq tədqiqat zamanı üzərindəki yazıları oxumağa çalışacağıq. Bununla da qəbirlərin məxsusluğu məsələsinə aydınlıq gətirilmiş olacaq".
Fərhad Quliyev qeyd edib ki, bu il Şahbulaq ətrafında tədqiqatlara başlanılıb: