NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft qiymətləri Qırmızı dəniz nəqliyyatında fasilələr azaldıqca stabilləşir

Qeyd edək ki, dünən iri gəmiçilik firmaları Qırmızı dənizə qayıtmağa başladığı üçün qiymətlər təxminən 2% azalıb.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri kəskin enişdən sonra bu gün sabitləşib.
Yaxın Şərqdə gərginliyin artmaqda davam etməsinə baxmayaraq, Qırmızı dəniz marşrutu boyunca daşımaların dayandırılması ilə bağlı narahatlıqların azalması neft qiymətlərini nisbətən bahalaşdırıb.
"Brent" markalı neft 10 sent artaraq 79,75 dollar, ABŞ-nin Qərbi Texas nefti 8 sent artaraq 74,06 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 0,31 sent artaraq 84,51 dollar təşkil edib.
Qeyd edək ki, dünən iri gəmiçilik firmaları Qırmızı dənizə qayıtmağa başladığı üçün qiymətlər təxminən 2% azalıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.