BAKI, 28 dekabr — Sputnik. Şimali Atlantika Alyansı və Avropa İttifaqı Serbiyada yeni "Avromaydan" vasitəsilə hakimiyyət dəyişikliyini təşkil etməyə çalışıblar.
Bunu Fransa "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot bildirib.
"NATO və onun köməkçisi Aİ tərəfindən Serbiyada narıncı inqilaba cəhd. Avromaydanın iyi hiss edilir", - deyə o, X* sosial şəbəkəsində yazıb.
Filippo bildirib ki, alyans bir neçə aydır ki, Belqradı təhdid edir. Onun sözlərinə görə, NATO "vassal rejim" yaratmağı planlaşdırır. Siyasətçi, həmçinin Qərb mediasının Serbiyadakı vəziyyətlə bağlı "təbliğatla dolu olacağını" da açıqlayıb.
Daha əvvəl politoloq Yevgeni Mixaylov bildirmişdi ki, "Serbiya zorakılığa qarşı" müxalifət hərəkatının ABŞ tərəfindən maliyyələşdirilməsinin Rusiya Federasiyası və Serbiya hakimiyyətindən başqa heç kimi həyəcanlandırmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.