DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Eyfel qülləsi işçilərin tətili səbəbindən bağlanıb

Eyfel qülləsi Fransa hökumətinin sifarişi ilə 1889-cu ildə keçirilən Ümumdünya Sərgisi üçün mühəndis Qustav Eyfelin layihəsi əsasında tikilib.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Eyfel qülləsinin yaradıcısı Qustav Eyfelin vəfatının 100-cü ildönümü ilə əlaqədar onun işçilərinin tətili Parisin görməli yerlərinin ziyarətçilərin üzünə bağlanmasına səbəb olub. Bu barədə qüllənin saytında məlumat verilib.
Qüllənin rəsmi saytı xəbər verib ki, dekabrın 27-də işçi kateqoriyalarından birinin etirazı ilə bağlı olaraq o, ictimaiyyətə bağlanıb. "Yaradılan narahatlığa görə üzr istəyirik. Meydana giriş açıqdır və ziyarət üçün pulsuzdur", - mesajda belə deyilir.
Qeyd edək ki, Eyfel qülləsi Fransa hökumətinin sifarişi ilə 1889-cu ildə keçirilən Ümumdünya Sərgisi üçün mühəndis Qustav Eyfelin layihəsi əsasında tikilib və o dövrdə dünyanın ən hündür binası olub. Maraqlıdır ki, təxminən 20 ildən sonra qülləni sökmək istəyiblər, çünki bir çox parisli onun dizaynını bəyənməmişdi.
Bundan əvvəl Paris polisi sərxoş halda Eyfel qülləsində gecələyən iki amerikalı turisti saxlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.