PAYTAXT XƏBƏRLƏRİ

Daha bir neçə marşrut xətti nağdsız ödənişə keçir

Yeni Günəşli qəsəbələrini əlaqələndirən 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Bakıda daha bir neçə marşrut xətti nağdsız ödənişə keçir. Sputnik Azərbayca-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, 30 dekabr tarixindən etibarən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən 173A 173B nömərli şəhərətrafı, eləcə də Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.