BAKI, 28 dekabr — Sputnik. Dekabrın 28-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib.
Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
Dekabrın 28-də kimlər anadan olub?
Zeynəb Xanlarova (1936) - Azərbaycan müğənnisi, SSRİ xalq artistidir.
Tomas Vudro Vilson (1856-1924) - ABŞ-ın 28-ci prezidenti (1913-1921), 1919-cu il Nobel Sülh Mükafatı laureatı, sülhməramlı səylərinə görə ona verilib.
Dame Margaret Natali (Maggie) Smith (1934) - İngilis aktrisası, iki dəfə Oskar, yeddi dəfə BAFTA mükafatı, üç dəfə Qızıl Qlobus, dörd dəfə Emmi mükafatçısı. Harri Potter filmlərində professor Minerva MakQonaqall rolunu oynayıb.
1989-cu ildə o, Britaniya İmperiyası Ordeninin Dame Komandiri rütbəsinə yüksəldildi və bununla da "Dame" fəxri adı ("Sir" cəngavər titulunun analoqu) hüququ əldə edib.
Denzel Vaşinqton (1954) — amerikalı aktyor, kinorejissor və prodüser, Oskar mükafatı laureatı.
Linus Torvalds (1969) fin əsilli amerikalı proqramçıdır. Hal-hazırda ən çox yayılmış pulsuz əməliyyat sistemi, eləcə də ən populyar server ƏS olan Linux nüvəsinin yaradıcısı.
Denzel Vaşinqton
© AP Photo / Andrew Harnik
Dekabrın 28-də dünyada baş verən tarixi hadisələr
1065-ci ildə Londonda Böyük Britaniya monarxlarının ənənəvi tacqoyma mərasimi və dəfn yeri olan Vestminster abbatlığı təqdis olunub.
1869-cu ildə ABŞ-ın Ohayo şəhərində amerikalı Uilyam Semple tərəfindən ilk saqqız patentləşdirilib.
1895-ci ildə Parisdə "Lümyer qardaşlarının Kinematoqrafiyası"nın ilk ictimai seansı baş tutub. Məhz bu tarix Beynəlxalq Kino Günü kimi qeyd olunur.
Kino lenti, arxiv
© AP Photo / Julio Cortez
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.