İQTİSADİYYAT

Bayram günlərində hansı banklar, valyuta mübadiləsi məntəqələri işləyəcək?

Ümumilikdə 14 bankın 101 satış nöqtəsi, "Azərpoçt" MMC-nin 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. 31 dekabr 2023 – 06 yanvar 2024–cü tarixləri olan qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib.
Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi, "Azərpoçt" MMC-nin 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki ilə aşağıdakı linklərdən tanış olmaq olar:
Banklar
https://uploads.cbar.az/press-releases/f7b4a989136a7fd43f454d983.pdf
"Azәrpoçt" MMC
https://uploads.cbar.az/press-releases/d70bbd7910741158cd26ab1d1.pdf
Valyuta mübadilə məntəqələri
https://uploads.cbar.az/press-releases/f535af838fa85bd71c2b988d9.pdf
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AMB-nin sədri yeni qərar imzaladı