DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın bu müqavilədən çıxması bir çox sahələrdə mənfi nəticələrə səbəb olacaq - Çin MN

Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, onun ölkəsi milli müdafiə strategiyasına sadiqdir və milli təhlükəsizlik maraqlarını qorumaq niyyətindədir.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Çin ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilədən (OYMRM) çıxmaq qərarını bir çox cəhətdən mənfi nəticələrə səbəb olacağını hesab edir.
Bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan "TASS" müxbirinin Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın OYMRM-ni "pozması" barədə sözlərini şərh etmək istəyinə cavab olaraq brifinqdə deyib.

"ABŞ-ın bu müqavilədən birtərəfli şəkildə çıxması bir çox cəhətdən mənfi təsir göstərəcək. Çin ABŞ-ın OYMRM-dən birtərəfli şəkildə çıxmasına qarşıdır", - deyə U Tsyan bildirib.

Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, onun ölkəsi milli müdafiə strategiyasına sadiqdir və milli təhlükəsizlik maraqlarını qorumaq niyyətindədir.
Bu yaxınlarda Lavrov 2023-cü ilin nəticələrinə dair "TASS"a eksklüziv müsahibəsində bildirib ki, bu sənədin qadağan etdiyi raketlər Vaşinqtona, o cümlədən Pekinlə qarşıdurmada lazım olduğu üçün ABŞ OYMRM-ni ləğv edib.
Xatırladaq ki, 2018-ci ilin dekabrında ABŞ Rusiyaya Vaşinqtonun fikrincə OYMRM-ni pozan yeni 9M729 qanadlı raketlərin məhv edilməsi tələbini irəli sürüb. Moskva bu iddiaları rədd edərək, sözügedən raketlərin texniki xüsusiyyətlərinin sənəddə icazə verilən parametrlər daxilində olduğunu söyləyib. Təqdim edilən bütün məlumatlar, o cümlədən raketin xarici hərbi attaşelərə təqdim edilməsi ABŞ və NATO ölkələri tərəfindən məhəl qoyulmayıb. Bundan əlavə, Moskva Vaşinqtona qarşı iddialar irəli sürüb. 2 fevral 2019-cu ildə ABŞ OYMRM çərçivəsində öhdəliklərinin icrasını dayandırıb. Elə həmin gün Rusiya da OYMRM-də iştirakını dayandırıb. 2019-cu il avqustun 2-də sənədə xitam verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.