RUSİYA

Sülhməramlıların fəaliyyət müddəti sənəd əsasında tənzimlənir - Bayramov

Azərbaycanın xarici işlər nazirlyində ilin yekununa dair hesabat brifinqi keçirilir.
Sputnik
BAKI, 28 dekabr - Sputnik. "Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb". Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan XİN-də ilin yekununa dair hesabat brifinqində Sputnik Azərbaycan-ın sualına cavab olaraq deyib.

"Orada Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir”, - deyə nazir bildirib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu.
Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.