BAKI, 28 dekabr - Sputnik. Bakıdakı Rus evində “2023-cü ilin kitabları və yubilyar yazıçıları” adlı respublika layihəsi çərçivəsində Azərbaycan Respublikasının orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında tədbirlər keçirilib.
Ədəbi formatda keçirilən yarışmada Abdulla Şaiq, Sergey Aksakov, Nikolay Nosov, Aleksandr Puşkin, Fenimor Kuper, Qektor Malo və Vladimir Mayakovskinin əsərlərindən parçalar səsləndirilib.
Bakıdakı Rus evində tədbir keçirilib
© Photo : Russian House in Baku
Tədbirdə Sumqayıt şəhərindəki 12 saylı, Bakı şəhərindəki 139, 145, 151 saylı məktəblərin şagirdləri iştirak ediblər.
Məktəblilər mətnləri mükəmməl bilmə, aktyorluq məharəti, düzgün nitq və komandada işləmə bacarığı nümayiş etdiriblər.
Bakıdakı Rus evində tədbir keçirilib
© Photo : Russian House in Baku
Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri, layihənin müəllifi və təşkilatçısı Lyubov Yakunina tədbirlərin hazırlığına və keçirilməsinə məsuliyyətlə, yaradıcı şəkildə yanaşdıqlarına görə müəllimlərə və valideynlərə minnətdarlığını bildirib, hər kəsə qarşıdan gələn 2024-cü ildə yaradıcılıq uğurları və Bakıdakı Rus evində yeni görüşlər arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.