Yeni ilin gəlişinə bir həftədən az vaxt qalıb. Bakı sakinləri uşaqların və böyüklərin ən şən və çoxdan gözlənilən bayramını parlaq, maraqlı gəzintilər, səs-küylü yarmarkalar və əyləncəli konsertlərlə qeyd edirlər.
Paytaxt Yeni il bayramına hərtərəfli hazırlaşıb: Bakının mərkəzi hissəsi Yeni il rəmzlərilə və rəngarəng işıqlarla bəzədilib. Bakının tam mərkəzində - Fəvvarələr Meydanında ənənəvi "Soyuq Əllər - İsti Ürək" xeyriyyə yarmarkası keçirilir.
Bayram münasibətilə paytaxtın bir sıra prospekt və küçələri də bəzədilib. Ənənəvi olaraq "Azneft" dairəsində hündür yolka quraşdırılıb.
Bulvarda da rəngarəng işıqlarla bəzədilmiş ağaclar və parlaq işıqlarla parıldayan yolka hər kəsi valeh edir.