RUSİYA

Moskva ABŞ-ın "Arktik LNG 2"yə qarşı sanksiyalarını qəbuledilməz hesab edir - Rusiya XİN

Zaxarova bildirib ki, enerji sahəsində əməkdaşlıq Rusiyanın Çinlə münasibətlərinin ən vacib komponentlərindən biridir.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Moskva və Pekin enerji sahəsində əməkdaşlığı davam etdirəcək. Rusiya ABŞ-ın "Arktik LNG 2" (LNG-mayeləşdirilmiş təbii qaz) layihəsinə qarşı tətbiq etdiyi sanksiyalarını qeyri-qanuni hesab edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə deyib.
"Biz əminik ki, enerji sahəsində Rusiya-Çin strateji qarşılıqlı əlaqəsi bundan sonra da getdikcə inkişaf edəcək və möhkəmlənəcək. "Arktik LNG 2" layihəsi ilə bağlı vəziyyət isə Vaşinqtonun qlobal iqtisadi təhlükəsizlik üçün dağıdıcı rolunu bir daha təsdiqləyir. Bu da onların öz eqoist maraqlarını güdərək rəqiblərin biznesini sıxışdırmağa və qlobal enerji təhlükəsizliyini məhv etməyə çalışır" - Zaxarova bildirib.
Diplomat qeyd edib ki, bir sıra Qərb ölkələri "tamamilə qeyri-qanuni birtərəfli məhdudiyyətlərdən istifadə edərək, Rusiya və Çin arasında enerji tərəfdaşlığının ədalətsiz üstünlüklərin qeyri-bazar üsulları ilə inkişafına və möhkəmlənməsinə mane olmağa çalışırlar".
"Biz bu cür hərəkətləri, xüsusən də "Arctik LNG 2" kimi böyük beynəlxalq mülki layihələrlə bağlı hərəkətləri qəti şəkildə qəbuledilməz hesab edirik" - Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.
Zaxarova enerji sahəsində əməkdaşlığın Rusiyanın Çinlə münasibətlərinin ən vacib komponentlərindən biri olduğunu vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də ABŞ-ın Rusiya ilə birgə "Arktika LNG-2" layihəsində iştirakı ilə əlaqədar Pekinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib. Ninin sözlərinə görə, Rusiya ilə qarşılıqlı hörmət Çin üçün daha vacibdir və o, bundan imtina etməyəcək.