BAKI, 27 dekabr — Sputnik. Çin həmişə birtərəfli sanksiyalara qarşı olub, sanksiyalar problemlərin həllinə kömək etməyəcək. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.
"Kommersant" qəzeti Rusiya hökumətindəki mənbələrə istinadən yazıb ki, noyabrın əvvəlində ABŞ-ın sanksiyalarına məruz qalan "Arctic LNG 2" layihəsinin xarici səhmdarları layihədə iştirakla bağlı fors-major vəziyyət elan ediblər. Söhbət Fransanın TotalEnergies, Çinin CNPC və CNOOC şirkətlərindən, həmçinin Yaponiyanın Mitsui və JOGMEC konsorsiumundan gedir.
Xarici səhmdarların hər birinin Arctic LNG 2-də 10% payı var. Novatek 60% paya sahibdir.
"Faktlar sübut etdi ki, sanksiyalar və təzyiqlər problemləri həll edə bilməz, əksinə, əks nəticələrə səbəb ola bilər", - diplomat bildirib.
O, Çinin hər zaman birtərəfli sanksiyalara və ekstraterritorial yurisdiksiyaya qarşı olduğunu vurğulayıb.