BAKI, 27 dekabr — Sputnik. ABŞ Rusiyanın aktivlərini mənimsəmək üçün bir çox uğursuz və vaxt aparan tədbirlərdən istifadə edir. Çinli analitiklər "Sohu" nəşri üçün yazdıqları materialda bu qənaətə gəliblər.
Onların fikrincə, Vaşinqton Rusiyanın 300 milyardlıq xarici aktivinə "tamah salıb". Onları mənimsəmək üçün Amerika tərəfi "əsl cinayətkar dəstə toplayıb".
"Pul qazanmağın bu üsulu, demək olar ki, ən bahalı və uğursuz olanıdır", - deyə materialda qeyd edilib.
Rusiya-Ukrayna münaqişəsi başlayanda ABŞ Prezidenti Co Bayden Avropa kapitalına arxalanırdı. Lakin hazırda bu vəsaitlər Amerika dövlətini tərk edə bilər. Bu isə, Vaşinqtonun ən ölümcül strateji səhvlərindən birinə çevriləcək.
Bundan əvvəl Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Qərbin siyasətini dəyərləndirib. Onun sözlərinə görə, Rusiya Federasiyasında anti-Rusiya sanksiyalarının tətbiqindən sonra üzləşdiyi əsas problem özəl investorların aktivlərinin dondurulması olub.