RUSİYA

Zaxarova: Qərb milli maraqlara söykənməyənləri sıxışdırır

Zaxarova bildirib ki, Serbiya həmişə Rusiyanın onu heç vaxt tərk etmədiyini və onunla tarixi yaxınlığının olmasından imtina etmədiyini bilib.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Qərb öz milli maraqlarına söykənməyənləri asanlıqla sıxışdırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "RT"yə müsahibəsində deyib.
"Qərb çox yaxşı başa düşür ki, heç bir tarixi həqiqəti olmayan, müqavimət göstərməyə gücü olmayanları asanlıqla sıxışdırır", - deyə diplomat bildirib.
O, eyni zamanda vurğulayıb ki, Serbiyada müqavimət göstərməyə hazır olan və öz xalqının maraqlarını Qərbin verdiyi bütün "boş" vədlərdən üstün tutan dövlət xadimləri və siyasətçilər var.
Zaxarovanın sözlərinə görə, Serbiya həmişə Rusiyanın onu heç vaxt tərk etmədiyini və onunla tarixi yaxınlığının olmasından imtina etmədiyini bilib.
Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib ki, Qərb serbləri konstitusiya qarşı yönəlmiş hərəkətlərə cəlb etməyə çalışıb.
Bu yaxınlarda Serbiyanın Baş naziri Ana Brnabiç Rusiya xüsusi xidmət orqanlarına gözlənilən iğtişaşlar barədə xəbərdarlıq etdiyinə görə təşəkkür edib.